ABŞ Açıq Bazar Komitəsi (Federal Open Market Committee, FOMC) FED-in son iclasının protokollarını açıqlayıb. FOMC üzvləri protokollarda inflyasiyanın zəif olması ilə bağlı narahatlıqlarını bildiriblər. Onlar, FED-in dekabr iclasında uçot dərəcəsinin artırmasının gələcək statistik göstəricilərdən asılı olacağını qeyd ediblər.
Protokollarda yer alan fikirlər ABŞ dövlət istiqrazlarının faizlərində dəyişikliyə səbəb olmasa da, dolların ucuzlaşmasına səbəb olub. Belə ki, əsas rəqibi olan avro ilə müqayisədə dollar zəifləyib və 1,1880 USD/EUR səviyyəsinə yaxınlaşıb.
Xatırladaq ki, sabah ABŞ-da inflyasiya və pərakəndə satış göstəriciləri açıqlanacaq. Bu göstəricilərin, xüsusilə inflyasiya göstəricisinin ABŞ dollarının məzənnəsinə ciddi təsir edəcəyi gözlənilir.
Qeyd edək ki, FED-in növbəti iclasları 31 oktyabr-1 noyabr və 12-13 dekabrda keçiriləcək.
Mənbə: Report.az