Fiziki şəxslərin müddətli əmanətləri 8,2 mlrd. manatı ötüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Fiziki şəxslərin müddətli əmanətləri 8,2 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 sentyabr tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 13 milyard 891 milyon manat təşkil edib. 

Banco.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. 

Məlumata görə, fiziki şəxslərin depozitləri illik müqayisədə 13,2% və ya 1 milyard 615 mln. manat artıb. 

Fiziki şəxslərin depozitlərinin 8 milyard 215 milyon manatı (59,1%) müddətli, 5 milyard 676 milyon manatı isə tələbli depozitlər olub. 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə banklarda fiziki şəxslərin əmanətləri 12 milyard 276 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram