Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin mart ayında fiziki şəxslərin müddətli əmanətləri 2.3% və ya 204.7 mln. manat artıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması mart ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 2 faiz bəndi azalaraq 33.1% olub.
Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə bu göstərici 35.1% təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!