Müəllif: Tamara Mustafayeva, Banco.az
Körfəz ölkələri ilə son zamanlar güclənən əlaqələrin Türkiyədə İslam maliyyəsinə investisiyaları dəstəkləməsi gözlənilir.
Banco.az xəbər verir ki, “Fitch Ratings” Qlobal İslam Bankçılığı Qrupunun prezidenti Bəşər Əl-Natur Türkiyənin qlobal İslam maliyyəsi sahəsindəki vəziyyəti və potensialı ilə bağlı sualları cavablandırıb.
“Türkiyə çətin bazar şərtlərində belə sukuk bazarına girməyi və lazımi maliyyəni təmin etməyi bacarıb”, deyən Əl-Natur Türkiyə ilə Körfəz ölkələri arasında güclənən əlaqələrin gələcək dövrdə investisiya mühitinə müsbət töhfə verəcəyinin gözlənildiyini dilə gətirib.
“Düşünürük ki, Körfəz ölkələri (Körfəz Əməkdaşlıq Şurası) ilə Türkiyə arasında əlaqələrin inkişafı artan investisiyaların dəstəklənməsinə kömək edəcək.”
Məlumat üçün qeyd edək ki, sukuk şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir.
Bizi sosial şəbəkələrdən izləyin!!