Fevralın 15-dən kimlərin “Peyvənd sertifikatı”nın etibarsız sayılacağı açıqlanıb | Banco.az

Fevralın 15-dən kimlərin “Peyvənd sertifikatı”nın etibarsız sayılacağı açıqlanıb

"İkinci dozadan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici doza qəbul olunmalıdır".

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əks halda 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Həmçinin bildirilib ki, “İmmun sertifikatı” olan şəxs xəstəliyindən 6 ay keçdikdən sonra buster doza qəbul edibsə, onun “İmmun sertifikatı” “Peyvənd sertifikatı” ilə əvəzlənir. Bu səbəbdən fevralın 15-dən həmin şəxsin “Peyvənd sertifikatı”nın müddətinə hər hansı bir məhdudiyyət qoyulmayacaq.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et