Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Federal Ehtiyat Sistemi (FED) 2024-cü il üzrə stres testi ssenarilərini açıqlayıb.
Banco.az xəbər verir ki, FED-in bəyanatında bu il 32 bankın stres testinə məruz qalacağı bildirilib.
Qeyd edilib ki, bu banklar kommersiya və yaşayış daşınmaz əmlak bazarlarında, eləcə də korporativ borc bazarlarında artan streslə ciddi qlobal tənəzzülə qarşı sınaqdan keçiriləcək.
Bəyanata görə, bankların dayanıqlılığı hipotetik tənəzzül ssenariləri çərçivəsində stres testləri ilə qiymətləndiriləcək. Sözügedən ssenarilərin iqtisadi proqnozlar olmadığı da vurğulanıb.
Bu ilki ssenaridə ABŞ-da işsizlik səviyyəsinin 6,5 bənd artaraq 10 faizlə pik həddə çatdığı deyilən bəyanatda bildirilib ki, bu artım əhəmiyyətli bazar volatilliyi, korporativ istiqraz marjalarının genişlənməsi, mənzil qiymətlərində 36 faiz, kommersiya daşınmaz əmlak qiymətlərində isə 40 faiz azalma daxil olmaqla aktivlərin qiymətlərində “çökmə” ilə müşayiət olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!