"Expressbank" və Azərbaycan Dövlət İqtisad Universiteti arasında memorandum imzalandı | Banco.az

"Expressbank" və Azərbaycan Dövlət İqtisad Universiteti arasında memorandum imzalandı

Sadəcə bank və maliyyə sektorunda deyil, təhsil və karyera planlaması sahəsində də uğurlu fəaliyyətini davam etdirən "Expressbank", gənclərin və tələbələrin inkişafına dəstək olmaqdan, bu istiqamətdə səmərəli işlərini və əməkdaşlığını genişləndirməkdən məmnunluq duyur.

Daha bir sıx və uğurlu əməkdaşlığın təməli isə Azərbaycan Dövlət İqtisad Universitetində atılmışdır. Belə ki, 26 oktyabr 2022-ci il tarixində "Expressbank" ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun iştirakı ilə "Expressbank" ASC və "UNEC" arasında gələcək əməkdaşlığa dair memorandum imzalanmışdır.

Görüş zamanı müasir dövrdə maliyyə təşkilatları ilə universitetlərin sıx əməkdaşlığının nəticələri, müəyyən bacarıqların həlledici əhəmiyyəti və digər strateji məsələlər haqqında faydalı müzakirələr aparılmışdır. Həmçinin, bank və universitet arasında olan əməkdaşlığın daha intensivləşdirilməsi və inkişafı nəzərdən keçirilmişdir.  "Expressbank"  daim tələbələrin inkişaf yolunda onların yanında yer almaqdan və dəyər yaradan bank olmaqdan məmnundur və bu yöndə olan məhsuldar fəaliyyətini davam etdirəcəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et