Estoniya ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb | Banco.az

Estoniya ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb

Müəllif - Aida İsaq, Banco.az

Estoniya Rusiyaya qarşı sanksiyaların təzyiqini artırmağı və Rusiya neftinin qiymət limitini aşağı salınmasını təklif edib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kaja Kallas Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə görüşü zamanı bildirib. O, Rusiyanın enerji daşıyıcılarına qarşı tətbiq edilən sanksiyaların gücləndirilməsinin mühim əhəmiyyət kəsb etdiyini qeyd edib. Eyni zamanda Rusiya neftinə tətbiq olunan qiymət səviyyəsinin daha da azaldılmasının vacibliyini vurğulayıb.

Nazir həmçinin ölkələri sülhə nail olmaq üçün Ukraynaya daha çox hərbi yardım göstərməyə səsləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram