Prezident Rəcəb Tayyib Ərdoğan daşınmaz əmlakın alqı-satqısı və icarəsi və nəqliyyat vasitələrinin lizinqi zamanı ödəniş vasitəsi kimi milli valyuta olan lirədən istifadə edilməsini tələb edən yeni fərman imzalayıb.
Yeni prezident fərmanı səhər saatlarında (13 sentyabr) “Rəsmi Gazete” – də dərc edilib.
Fərmana əsasən, ödəniş vasitəsi olaraq xarici valyutanın qeyd edildiyi daşınar və daşınmaz əmlakın alqı-satqı və icarə və nəqliyyat vasitələrinin lizinq müqavilələrindəki eyni adlı bənd 30 gün ərzində Türk lirəsi ilə əvəzlənəcək.
Fərmanın icrası Xəzinə və Maliyyə Nazirliyinin öhdəliyindədir.
Tamara Mustafayeva, Banco.az