Türkiyə Varlıq Fondu, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə yeni idarə heyətini tərtib edib.
Bugün (12 sentyabr) “Rəsmi Gazetə” – də dərc olunan prezident fərmanına əsasən Xəzinə və Maliyyə Naziri Berat Albayrak “Varlıq Fondu” – nun yeni sədr müavini vəzifəsini icra edəcək.
Prezident fərmanına əsasən Fondun yeni baş meneceri Zəfər Sönməz elan edilib.
Xatırladaq ki, Türkiyə Varlıq Fondu Türkiyə hökuməti tərəfindən ölkənin aşağı əmanət faizlərini artırmaq və inkişaf etməkdə olan ölkələrdə geniş olaraq rast gәlinәn investisiya azlığının qarşısını almaq məqsədilə 2016 – cı ildə yaradılmışdır. Hökumət, ümumi dəyəri 200 milyard dollar olan dövlət əmlakını idarə etmək məqsədilə dövlətin mülkiyyətində olan milyard dollarlıq səhmləri Fondun tabeliyinə keçirmişdir.
Həmçinin oxu: 15 milyard dollarlıq şam yeməyi - QƏTƏRDƏN TÜRKİYƏYƏ DƏSTƏK
Tamara Mustafayeva, Banco.az