“Türkiyənin Bank Sektorunda Böhran Gözlənilmir” – Albayrak | Banco.az

“Türkiyənin Bank Sektorunda Böhran Gözlənilmir” – Albayrak

Xəzinə və Maliyyə naziri Berat Albayrak, Türkiyənin Avropanın əsas iqtisadi gücləri ilə olan əlaqələrini gücləndirmək cəhdlərinin bir mərhələsi olaraq 3 sentyabr tarixində Britaniyanın maliyyə naziri Filip Hammond ilə danışıqlar aparmaq üçün Londona səfər edib. Qeyd edək ki, nazir ötən həftə Parisdə səfərdə idi və gələn həftə isə Almaniyaya səfər edəcək.

Həmçinin oxu: “Türkiyənin iqtisadi və maliyyə sistemi böyük risk qarşısında deyil” – Albayrak

Nazir Berat Albayrak bildirib ki, o, ölkənin bank sektorunda böhran yaşanacağını düşünmür. Xatırladaq ki, reytinq agentlikləri lirənin əldən çıxarılmasının kreditorların aktivlərini azalda biləcəyi ilə bağlı son xəbərdarlıq etmişdilər.

Sentyabr ayının 2 – də “Reuters” xəbər agentliyinə verdiyi müsahibədə Albayrak, “Bank sektoru ilə bağlı problem yaranacağı təqdirdə rəsmi Ankara öz dəstəyini göstərməyə hazırdır” deyə qeyd edib.

“Hazırki mərhələdə isə narahatlığa əsas yoxdur. Lakin biz bank sektorunun əhəmiyyətini yaxşı bilirik. Biz ölkədə fəaliyyət göstərən banklarla və banklara nəzarət təşkilatı (BDDK) ilə sıx əməkdaşlıq edirik,” deyə o vurğulayıb.

O, həmçinin özəl sektor da daxil olmaqla borcululuqla bağlı narahatlıqları da təkzib edib.

Uzun illər ərzində türk şirkətləri dollar və avro kursu ilə borc almış və aşağı faiz dərəcəsi ilə geri ödəmişlər. Valyutanın cari il ərzində dollara qarşı təqribən 42% dəyər itirməsi həmin borcların ödənilməsi xərcini artırdı və investorları bankların ödənilməmiş kreditlər burulğanına düşməsinə dair qorxuya saldı.

Ən sərfəli kredit üçün müraciət et

“Moody’s” və “Fitch” reytinq agentlikləri ötən həftə bankların gələcək fəaliyyətləri ilə bağlı xəbərdarlıq vermişdilər. “Fitch” agentliyinin hesablamalarına görə bankların xarici valyuta ilə olan kreditləri bütün kreditlərin 43% - ni təşkil edir.

Albayrak həmçinin bildirib ki, cari hesab defisiti ilin sonuna qədər xeyli azalacaq və 2019 – cu ildə daha müsbət göstəriciyə malik olacaq.

Amerika Birləşmiş Ştatları ilə münasibətlər Türkiyənin xristian keşişini terror ittihamı ilə həbs etməsi və ABŞ – ın Türkiyənin dövlət bankı Halkbankın sədrini İrana qarşı sanksiyalara qoşulmamaqla ittiham etməsindən sonra pisləşmişdi.

İki ölkə arasındakı problemlərə əlavə olaraq, ABŞ maliyyə nazirliyi Halkbankı İran sanksiyalarına qoşulmadığı üçün araşdırmağa başladı. Bank isə bütün əməliyyatlarının qanuni olduğunu bildirdi.

“Türkiyə Halkbankın İranla olan əlaqələrini araşdırmaq üçün Amerikanın hüquq şirkətlərindən birinə müraciət etdi və beləliklə aşkar oldu ki, bank ABŞ sanksiyalarını pozmamışdır” deyə bildirən Albayrak həmçinin “Ankara, banka hər hansı cərimə tətbiq ediləcəyini düşünmür” deyə əlavə etdi.

Həmçinin oxu: “Türkiyədəki iqtisadi sabitlik Avropa üçün əhəmiyyətlidir” – Almaniya İqtisadiyyat Naziri

Tamara Mustafayeva, Banco.az