Ən çox sərnişin daşıyan aviaşirkətlər hansılardır? | Banco.az

Ən çox sərnişin daşıyan aviaşirkətlər hansılardır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Pandemiya dövründə baş verən geriləmədən sonra son 1 ildə hava yolu sənayesi yüksəlişə keçid etməyi bacarıb. Belə ki, bu sahədə gəlir illik müqayisədə 50% artıb.

Banco.az xəbər verir ki, bu, şirkətlərin sərnişindaşımasında da özünü büruzə verib. Belə ki, 2022-ci ildə ən çox sərnişin daşıyan aviaşirkət "American Airlines" olub. Şirkət 2022-ci ildə təqribən 200 milyon sərnişinə xidmət edib.

Ötən il ən çox sərnişin daşıyan TOP 10 şirkət bunlar olub:

  1. "American Airlines" (ABŞ) - 199,3 mln
  2. "Delta Airlines" (ABŞ) - 171,4 mln
  3. "Ryanair" (İrlandiya) - 168,6 mln
  4. "United Airlines" (ABŞ) - 144,3 mln
  5. "Southwest Airlines (ABŞ) - 126,6 mln
  6. "Lufthansa Qrupu (Almaniya) - 101,8 mln
  7. "International Airlines Group" (IAG) (Böyük Britaniya) - 94,7 mln
  8. "IndiGo" (Hindistan) - 85,3 mln
  9. "Turkish Airlines Group" (Türkiyə) - 71,8 mln
  10. "easyJet" (Böyük Britaniya) - 69,7 mln

Qeyd edək ki, "Ryanair" və "IndiGo" şirkətləri üçün maliyyə ili 2023-cü ilin martında, "easyJet" üçün isə 2022-ci ilin sentyabrında başa çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et