Əmanətlərin illik gəlirinə vergi tətbiqi təsdiqləndi | Banco.az

Əmanətlərin illik gəlirinə vergi tətbiqi təsdiqləndi

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qüvvyə mindi.

 Gözlənildiyi kimi illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi vergidən azad edildi. Qalan dividentlərdən isə  10% həddində vergi tutulacaq.

1.1. 102.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.22-ci maddə əlavə edilsin:
“102.1.22. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi.”;
1.2. 123.1-ci maddədə “əldə edilmişdirsə,” sözlərindən sonra “bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla” sözləri əlavə edilsin;

Qanunla aşağıdakı linkdə tanış ola bilərsiniz: 

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Ən sərfəli krediti almaq üçün müraciət et