Elektirik enerjisinə təlabat azalıb | Banco.az

Elektirik enerjisinə təlabat azalıb

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 12 932,42 min ABŞ dolları dəyərində elektrik enerjisi xarici ölkələrə satılıb.  Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 150,09 min dollar yaxud 8,17% azdır.

Ən sərfəli kredit üçün müraciət et

İxrac edilən elektrik enerjisinin qiymətindən fərqli olaraq həcmində müsbət dinamika müşahidə edilib. Belə ki, bu ilin ilk 9 ayında xarici ölkələrə 292,729 min kVt/saat enerji satılıb ki, bu da 2015-ci ilin ilk üç rübü ilə müqayisədə 58,392 min kVt/saat yaxud 24,92% çoxdur.

Hesabata görə, bu il ixrac edilən elektrik enerjisi ümumi ixracın 0,78%-nə bərabər olub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et