Ekspert: Mərkəzi Bank əmanətlərin indeksasiyasını həyata keçirməlidir | Banco.az

Ekspert: Mərkəzi Bank əmanətlərin indeksasiyasını həyata keçirməlidir

İqtisadçı alim, Vüqar Bayramov Mərkəzi Banka təklif irəli sürüb.

Qazaxıstanın üzən valyuta rejiminə keçidi, Rusiyada rublun ciidi məzənnə itirməsi, qardaş Türkiyədə lirənin “qara günləri” və qonşu Gürcüstanda larinin yavaş-yavaş silkələnməsi Azərbaycanda dollara tələbi artırıb.

Bu gün apardığımız monitorinqlər göstərir ki, son 2 gündə xarici valyutalara tələb yüksəlməkdədir. Mərkəzi Bankın dolların manata rəsmi məzənnəsini son 3 gündə aşağı salmasına baxmayaraq valyuta dəyişmə məntəqələrində dollar məhdudlaşdırılmış ən yüksək kurs ilə təklif edilir. Belə ki, avqustun 19-da manatın dollara məzənnəsi 1.049 olsa da sonrakı 2 gündə uyğun olaraq 1.0486 və 1.0479 olub. Bu isə o deməkdir ki, avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb. Amma qonşu ölkələrdə milli valyutaların vəziyyəti rəsmi məzənnənin real valyuta dəyişmə məntəqələrində hiss edilməsinə imkan vermir.

Ən sərfəli kredit üçün müraciət et

Manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşlarımızın bir qismi yenidən xarici valyutayaya üz tuturlar. Əslində, Mərkəzi Bank dollara tələbi azatlmaq üçün banklardakı manat əmanətlərinin indeksasiyasını həyata keçirməlidir. Hələ bu ilin fevralın 9-unda Mərkəzi Banka əmanətlərin indeksasiyasını təklif etmişdim. Amma indeksasiya sisteminin tətbiq edilməməsi ötən müddətdə dollara tələbi artırmaqla manat əmanətlərin mərhələləi həcminin azalmasına səbəb oldu. Buna görə də, Mərkəzi Bank mövcüd resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır. Çünki dollara yüksələn tələb Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla xarici valyuta rezervlərinin həcminə də təsir göstərə bilər. Bu isə, Mərkəzi Bankın valyuta bazarında tələbi qarşılama imkanlarının xeyli azaltmış olar.

Hər zaman təklif etdiyim kimi, vətəndaşlarımız öz pullarını valyuta səbəti formasında saxlamaqla bütün potensial risklərdən sığortalanmış ola bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et