Azərbaycan Mərkəzi Bankında (AMB) valyuta hərracının keçirilməsinə bir neçə saat qalmış banklarda dolların alış və satış qiymətləri dəyişməyib.
Əksər banklarda dollar 1,73-1,79 manat səviyyələrindən alınıb, 1,82-1,85 manat səviyyələrindən satılır.
Qeyd edək ki, bu gün saatı 12:00-da AMB-də valyuta hərracına start veriləcəyi gözlənilir. Hərracın nəticəsinin dollar/manat məzənnəsinin istiqaməti baxımdan həlledici olacaq.
Mənbə: Marja.az