EIA "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu artırıb | Banco.az

EIA "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ Energetika Nazirliyi bu il üçün "Brent" markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 82,62 dollardan 84,46 dollara yüksəldib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.

Məlumata görə, gələn il "Brent" markalı neftin bir barelinin qiymətinin 88,22 dollar olacaq. Eyni zamanda, agentlik WTI markalı neftin bir barelinin qiymətinin bu il 79,65 dollar, 2024-cü ildə isə 83,22 dollar səviyyəsində olacağını proqnoz edir.

Agentlik qeyd edib ki, neft qiymətləri avqustda artıb. Buna səbəb isə Səudiyyə Ərəbistanının könüllü xam neft hasilatını sentyabr ayına qədər uzatması olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et