Dünyanın ikinci ən varlı insanının imperiyasında oğlunun rolu artır | Banco.az

Dünyanın ikinci ən varlı insanının imperiyasında oğlunun rolu artır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bernard Arnonun oğlu “Christian Dior” şirkətinin rəhbəri olub.

Banco.az xəbər verir ki, dünyanın ikinci ən varlı insanı olan Bernard Arnonun oğlu Antuan Arno ailənin sahib olduğu “LVMH” konqlomeratında səhm çoxluğu ilə təmsil olunan “Christian Dior” şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsinə seçilib.

Şirkətdən verilən məlumata görə, 45 yaşlı Antuan Arno “Christian Dior”un baş direktoru və vitse-prezidenti kimi 71 yaşlı Sidney Toledanonu əvəzləyəcək.

Xatırladaq ki, ilin əvvəlində Bernard Arno “LVMH”də uzunmüddətli ailə nəzarətini təmin etmək üçün holdinqdə bəzi düzəlişlər etmişdi. Bu qaydaların bir hissəsi olaraq, şirkət baş icraçı direktor vəzifəsi üçün yaş məhdudiyyətini ləğv edərək 73 yaşlı Arnonun 80 yaşına qədər rəhbərlikdə qalmasına icazə verib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Bernard Arno və ailəsi hazırda 185,3 milyard dollar sərvətlə dünyanın ən varlı insanları siyahısında 2-ci yerdədir. Hətta həftənin çərşənbə günü bu milyarder ailə qısa müddətə İlon Maskı geridə qoyaraq dünyanın ən varlı insanları olmuş, ancaq daha sonra yenidən ikinciliyə qayıtmışdılar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et