Dünyanın ən güclü sualtı donanmaları açıqlandı | Banco.az

Dünyanın ən güclü sualtı donanmaları açıqlandı

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq hərbi təhlil təşkilatları tərəfindən dərc edilən  hesabat dünya dənizlərində sualtı güc balansını yenidən müəyyənləşdirib.

Banco.az xəbər verir ki, reytinqdə  yalnız sualtı donanmaların sayı deyil, həm də texnoloji avadanlıqlar və əməliyyat imkanları nəzərə alınıb.

Dünyanın ən böyük sualtı donanmasına malik ölkələrin siyahısında Rusiya 66 sualtı donanma ilə birinci yerdədir. ABŞ sualtı qayıq donanmasının strukturu ilə bağlı yayılan son məlumatlara görə, ölkə hazırda 66 sualtı qayıqdan ibarət donanmaya malikdir. Say baxımından bu rəqəm sabit qalsa da, donanmanın ümumi tonnaj göstəricilərində və texniki xüsusiyyətlərində fərqlər müşahidə olunur. Çin isə 61 sualtı donanma ilə üçüncü yeri qoruyub saxlayır. Hesabatda ən diqqət çəkən detallardan biri də İran və Şimali Koreyanın say baxımından ilk beşlikdə olmasıdır.

Hərbi güc hesabatına görə, 2026-cı il etibarilə ölkələrin inventarındakı sualtı donanmaların sayı aşağıdakı kimi dəqiqləşdirilib:

1. Rusiya: 66

2. ABŞ: 66

3. Çin: 61

4. İran: 25

5. Şimali Koreya: 24

6. Yaponiya: 23

7. Cənubi Koreya: 22

8. Hindistan: 18

9. Türkiyə: 14

10. Birləşmiş Krallıq: 10

11. Fransa: 9

12. Yunanıstan: 9

13. Misir: 8

14. İtaliya: 8

15. Pakistan: 8

16. Əlcəzair: 6

17. Avstraliya: 6

18. Braziliya: 6

19. Almaniya: 6

20. İsrail: 6