Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünyanın ən böyük nikel mədəni hasilatı azaldacaq.
Banco.az xəbər verir ki, İndoneziya hökumətinin dünyada ən iri nikel yatağında hasilatı azaltması gözlənilir.
İndoneziya hökumət rəsmiləri qlobal qiymətləri yüksəltmək məqsədilə təklifi məhdudlaşdırmaq istiqamətində səylərini gücləndirirlər. Bu çərçivədə ölkədə yerləşən və dünyada ən böyük hesab olunan nikel yatağının icazə verilən istehsal gücü əhəmiyyətli dərəcədə azaldılacaq.
Məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, bu il “PT Weda Bay Nickel” şirkətinə 12 milyon ton istehsal kvotası ayrılacaq. Bu göstərici 2025-ci il üçün nəzərdə tutulan 42 milyon tondan xeyli aşağıdır. Şimali Maluku vilayətində, Halmahera adasında yerləşən mədən “Tsingshan Holding Group”, Fransaya məxsus “Eramet SA” və “PT Aneka Tambang” şirkətlərinə məxsusdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
