Dünyanın ən böyük broker şirkəti Türkiyə şirkətinin əksər hissəsini satın aldı | Banco.az

Dünyanın ən böyük broker şirkəti Türkiyə şirkətinin əksər hissəsini satın aldı

Dünyanın ən böyük broker şirkəti olan "Arthur J. Gallagher & Co" Baş ofisi İstanbulda yerləşən "Brokers’ House" sığorta və təkrarsığorta şirkətinin əksər hissəsini satın alıb.

"Gallagher", bu satınalma ilə Türkiyə bazarına rəsmi olaraq daxil olub.  ABŞ nəhənginin satın aldığı "Brokers' House", sığorta sektorunda uzun illər çalışan Gündüz Tezel və Levent Özbilen tərəfindən qurulub. Tezel və Özbilen, şirkətin rəhbərliyində çalışmağa davam edəcəklər.

"Gallagher" yaydığı açıqlamada, "Türkiyə gedərək artan bir şəkildə əhəmiyyətli və böyüyən bir iqtisadi güc mərkəzi olaraq tanınır və bu satınalma bizə bölgədə böyümək üçün bir fürsət təqdim edir" deyilir.

"Arthur J. Gallagher & Co" 1927-ci ildə İllinoisdə bir vasitəçi təşkilat olaraq qurulub.  2016-da "Fortune 500"ə ilk dəfə girən "Gallagher"in illik gəliri 6 milyard dollardan çoxdur. 150-dən çox ölkədə fəaliyyət göstərən "Gallagher", 31 mindən çox işçiyə sahibdir.

Qeyd edək ki, ötən həftə Böyük Britaniya şirkəti "Howden Group Holdings" Türkiyənən broker şirkəti  "Matrix"i satın alıb. 

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et