Dünyadakı bütün “unicorn startup” şirkətləri hesablandı - Çin ABŞ-dan üstündür | Banco.az

Dünyadakı bütün “unicorn startup” şirkətləri hesablandı - Çin ABŞ-dan üstündür

Çin “təkbuynuzların” sayına görə ABŞ-ı qabaqlayır: Asiyada 1 milyard dollardan çox maliyyə kapitalı olan texnoloji startapların sayı qərbdəkiləri 3 dəfə üstələyir.

Bu barədə Çinin “Hurun” araşdırma şirkətinin hesabatında deyilir. 

“Hurun” ekspertləri startapların dünya bazarını təhlil edib və investorların, şirkətlərin, sahələrin uğur reytinqini tərtib edib. Inc. onlarla tanış olub və ən əsas məqamları qeyd edib. 

Çin 1 milyarddan yuxarı maliyyələşməsi olan şirkətlərin sayına görə ABŞ, Hindistan və Böyük Britaniyanı arxada qoyaraq lider olub. Dünyadakı “təkbuynuzların” 83%-i Çin və ABŞ-da yerləşir. 

Reytinqə yalnız 2000-ci illərdə əsası qoyulmuş və hələ IPO-ya girməmiş startaplar daxildir. Ona görə də siyahılarda “Apple” kimi nəhənglər yoxdur. 

Həmçinin oxu: Əməkdaşlarına ən çox qayğı göstərən şirkətlər 

Ölkələrin “unicorn startup” (Təkbuynuz startap) sayına görə reytinqi bu şəkildədir: 

Çin (203) 

ABŞ (206) 

Hindistan (21) 

Böyük Britaniya (13) 

Almaniya (7) 

İsrail (7) 

Cənubi Koreya (6) 

İndoneziya (4) 

Fransa (4) 

Braziliya (4) 

Araşdırma göstərib ki, Pekin dünya təkbuynuzlarının paytaxtıdır. Şəhərdə 82 böyük startapın ofisi yerləşir. Reytinqin 2-ci pilləsində qərarlaşmış San-Fransiskoda isə cəmi 55 startapın ofisi yerləşir. 

Təkbuynuz sayına görə şəhərlərin reytinqi: 

Pekin, Çin (82) 

San-Fransisko, ABŞ (55) 

Şanxay, Çin (47) 

Nyu-York, ABŞ (25) 

Hançjou, Çin (19) 

Şençjen, Çin (18) 

Nankin, Çin (12) 

Palo-Alto, ABŞ (10) 

Banqalor, Hindistan(9) 

Redvud-Siti, ABŞ (9) 

Təkbuynuzların böyük hissəsi elektron ticarət, fintech-sənaye və bulud texnologiyalarının payına düşür. Bunlar 1 milyarddan yuxarı maliyyələşməyə sahib şirkətlərin 38%-ni təşkil edir. 

Təkbuynuzların sahə reytinqi: 

Elektron ticarət (68) 

FinTech (56) 

Bulud texnologiyaları (44) 

Süni intellekt (40) 

Logistika (34) 

Ən sərfəli kredit üçün müraciət et

Sağlamlıq (27) 

KİV və əyləncə (24) 

Birgə istehlak (22) 

Proqram İnkişafı (21)

BigData (18)

Həmçinin oxu: Birinci kursdan qovulan tələbə “Uber”in rəqibini yaratdı

Sahə reytinqinin ilk iyirmiliyinə EdTech-sənaye, blockchain-şirkətlər, virtual reallıq texnologiyaları proqramçıları və s. daxildir. 

“Hurun” mütəxəssisləri Amerikanın Sequoia Capital vençur fondunu ən uğurlu investor hesab edir. Adıçəkilən fond Cisco, Google, Yahoo, PayPal, Youtube, Linkedin və başqa şirkətlərə sərmayə yatırıb. İkinci yerdə Çinin investisiya holdinqi olan Tencent gəlir. 

Təkbuynuz-layihələrin kəmiyyətinə görə investorların reytinqi 

Sequoia, ABŞ (92) 

Tencent, Çin (46) 

Softbank, Yaponiya (42) 

Tiger Fund, ABŞ (36) 

IDG, Çin (31) 

Goldman Sachs, ABŞ (24) 

Alibaba, Çin (22) 

Andreessen Horowitz, ABŞ (20) 

DST Global, Rusiya (20) 

GGV Capital, ABŞ (19) 

“Hurun” ekspertləri ABŞ və Çinin 10 şirkətini ən uğurlu təkbuynuzlar kimi səciyyələndirib. 

Dünyanın ən uğurlu təkbuynuzlarının reytinqi: 

Ant Financial, Hançjou, Çin — 150 milyard $ 

ByteDance, Pekin, Çin — 75 milyard $ 

Didi Chuxing, Pekin, Çin — 55 milyard $ 

Infor, Nyu-York, ABŞ — 50 milyard $ 

JUUL Labs, San-Fransisko, ABŞ — 48 milyard $ 

Airbnb, San-Fransisko, ABŞ — 38 milyard $ 

Lufax, Şanxay, Çin — 38 milyard $ 

SpaceX, Los-Anceles, ABŞ — 35 milyard $ 

WeWork, Nyu-York, ABŞ — 30 milyard $ 

Stripe, San-Fransisko, ABŞ — 23 milyard $ 

Hurun Research Institute 25 ölkədə və 118 şəhərdə fəaliyyət göstərən 494 təkbuynuz sayıb. Dünyanın 10 ən bahalı IT startapının ümumi kapitalı 542 milyard dollar təşkil edir. 

“Hurun”un sədri və böyük analitiki Rupert Huqeverf bildirib: “Dünyanın qalan hissəsi gərək oyansın ki, təkbuynuzların çiçəklənməsi üçün əlverişli mühit yaratsın”. 

Həmçinin oxu: “Facebook“ onluqdakı yerini itirdi

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et