Dünyada neft qıtlığı yarana bilər: Qlobal iqtisadiyyata təsirsiz ötüşməyəcək | Banco.az

Dünyada neft qıtlığı yarana bilər: Qlobal iqtisadiyyata təsirsiz ötüşməyəcək

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Beynəlxalq agentliklərin neft bazarına dair proqnozları müxtəlif amillərə, o cümlədən iqtisadi göstəricilərlə yanaşı həm də tələbat və təklif dinamikasına, geosiyasi vəziyyətə və iqlim dəyişikliklərinə əsaslanır.

Banco.az xəbər verir ki, hələ 2023-cü ildə ABŞ-nin Enerji İnformasiya İdarəsi (EIA) qlobal neft istehsalının 2023-cü ildə yavaş-yavaş artacağını, lakin mütləq artımın neft istehsal edən ölkələrin qərarlarına bağlı olduğunu bildirmişdi.

 Qeyd olunmuşdu ki, tələb 2024-cü ildən etibarən artacağı gözlənilsə də,  enerji keçidinin təsiri səbəbindən artım daha az ola bilər. Xüsusilə, Asiya ölkələrindəki artan istehlakın bu tələbatı artıracağı gözlənilir.

Bir neçə gün  öncə  Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Al Arabiya” telekanalına müsahibəsində deyib ki,  OPEC+ ölkələri beş il ərzində mümkün tədarük çatışmazlığının qarşısını almaq üçün neft bazarındakı paylarından qəsdən müvəqqəti imtina edirlər.

“Biz hazırda bazar payını müvəqqəti itiririk, lakin gələcək perspektivlərə yönəlmişik. Beş ildən sonra tədarük bazarında qıtlığın yaranma ehtimalı var. Bu, ixracatçı ölkələrdə enerji sektorunun inkişafının vacibliyini ortaya qoyur ki, investisiyalar davamlı olsun. Qiymətlərin, həm ixracatçıları, həm də idxalçıları razı salaraq tələbin artımını ləngitməməsi üçün uyğun səviyyədə olması lazımdır”.

Ən sərfəli kredit üçün müraciət et

Goldman Sachs, analitikləri isə düşünür ki, qlobal neft qiymətlərinin artacağını proqnozlaşdırır, çünki tələbat artımı ilə yanaşı, istehsalın artımı mütəmadi olmaya bilər.

Onlar, 2024-cü ildə Brent neftinin qiymətinin 100 dollar/barrelə çatacağını gözləyirdilər. Son illərdə dünyada neft qıtlığının yaranması bir neçə faktordan irəliləyir:

Artan dünya əhalisi və inkişaf edən iqtisadiyyatlar, xüsusilə Asiyada, neftə olan tələbi artırır. Lakin neft istehsal edən ölkələrdə istehsal həcmləri müəyyən limitlərə çatır. Neft istehsal edən bölgələrdəki geosiyasi gərginliklər, münaqişələr və sanksiyalar istehsala və tədarükə mənfi təsir göstərə bilər. Məsələn, OPEC+ ölkələrinin qərarları, istehsal kvotalarını azaltmağı əhatə edir. Neft istehsal edən ölkələrin bəziləri müasir texnologiyalara investisiya etməyi dayandırmışdır, bu da ehtiyatların azalmasına gətirib çıxaracaq. Qlobal iqlim dəyişikliyi və karbon emissiyalarının azaldılması məqsədilə neft istehsalı və istehlakı ilə bağlı məhdudiyyətlərin tətbiqi, neftin istifadəsinin azaldılmasına səbəbdir.

Ümumiyyətlə, bu amillər bir araya gəldikdə, dünya miqyasında neft qıtlığına səbəb ola bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et