Dünya iqtisadiyyatında hansı ölkə ağalıq edir? | Banco.az

Dünya iqtisadiyyatında hansı ölkə ağalıq edir?

Qısa bir müddət əvvəl Amerika prezidenti Donald Tramp “NAFTA” sazişini əvəzləyən yeni ticarət anlaşmasının əsas məğzini elan etmişdi və bu yeni müqavilə ilə o, Amerikaya “nağd pul və iş” axını olacağına inanır. Trampın ticarətə yanaşma tərzini və bunun nəticələrini müzakirə etmədən bildirmək lazımdır ki, dünyanın ən böyük iqtisadiyyatına sahib ölkəsinin rəhbəri tariflər haqqında danışmağa başlayırsa, bütün dünya ölkələri diqqətli olmalıdır. Bugünkü məqaləmizdə ABŞ iqtisadiyyatının digər ölkələrin iqtisadiyyatı ilə müqayisədə nə dərəcədə böyük olduğunu diaqram vasitəsilə göstərmişik.

Həmçinin oxu: ABŞ iqtisadiyyatı 3.5% artım göstərib – Proqnozları üstələyib

DÜNYA İQTİSADİYYATI

Ölkələrə görə ÜDM göstəriciləri (2017)

Yuxarıdakı diaqramda əks olunan rəqəmlər 21 sentyabr 2018 – ci ildə Dünya Bankı tərəfindən açıqlanan ÜDM (ümumi daxili məhsul) göstəricilərin bir qədər fərqli şəkildə tərtib edilməsidir. Burada əsas fikir odur ki, ÜDM bir tərəf qazanarkən digərinin uduzduğu bir yarış deyil və hər bir ölkənin iqtisadiyyatı özünəməxsus şəkildə inkişaf edir. Diaqramın hər bir seqmenti 2017 – ci il üzrə ölkələrin ümumi daxili məhsul və ya qısaca ÜDM üzrə nəticələrini göstərir. Rəng seçimi ölkələrin coğrafi mövqeyinə müvafiq olaraq müəyyən edilib və hər bir ölkənin iqtisadiyyatının dünya iqtisadiyyatındakı payı faizlə göstərilib. Bu sizə imkan verir ki, hansı ölkənin dünya iqtisadiyyatında ağalıq etdiyini, hansı ölkələrin yarışdan geri qaldığını aydın görəsiniz.

ÜDM üzrə Dünyanın 10 Ən Böyük İqtisadiyyatı

  1. ABŞ – 19.39 trilyon dollar
  2. Çin – 12.24 trilyon dollar
  3. Yaponiya – 4.87 trilyon dollar
  4. Almaniya – 3.67 trilyon dollar
  5. Birləşmiş Krallıq – 2.62 trilyon dollar
  6. Hindistan – 2.60 trilyon dollar
  7. Fransa – 2.58 trilyon dollar
  8. Braziliya – 2.05 trilyon dollar
  9. İtaliya – 1.93 trilyon dollar
  10. Kanada – 1.65 trilyon dollar

Həmçinin oxu: Tramp dövrü - Amerika iqtisadiyyatının çiçəklənməsi

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıda qeyd edilmiş 10 ölkəyə ümumilikdə nəzər saldıqda görünür ki, Hindistan iqtisadiyyatı Fransanı geridə qoyaraq 6 – cı pillədə qərarlaşıb. Birləşmiş Krallıq siyahıda göstəricilərində azalma (2.86 trilyon dollar – 2.62 trilyon dollar) qeyd edilən yeganə ölkədir. ABŞ hələ də həm ümumi göstərici olaraq, həm də dünya iqtisadiyyatındakı payına görə liderliyi qoruyub saxlayır. Çin isə qlobal iqtisadi güc olaraq yüksəlməyə davam edir. Qısası dünyanın nüfuzlu iqtisadiyyatları qlobal iqtisadiyyatda hökmranlıq etməyə davam edir.

Həmçinin oxu: “Çin ilə “böyük” ticarət anlaşması əldə etməliyik” – Donald Tramp

Bəs, onlar nə qədər böyükdürlər? Siyahıdakı ilk dörd ölkənin (ABŞ, Çin, Yaponiya, Almaniya) göstəriciləri cəmi dünyanın digər ölkələrinin ümumi göstəricisindən çoxdur. Belə ki, Amerika, Avropa və Asiya dünya iqtisadiyyatına birlikdə hökmranlıq edirlər (ÜDM üzrə ümumi 87% - lik göstərici ilə).

Bu səbəbdən də Donald Tramp hər dəfə Çin mallarına vergi tətbiq edəcəyi ilə bağlı hədələyəndə dünya bazarları bunu çox ciddi qəbul edirlər. İllik gəlirdən yüz milyardlar dəyərində tarif tutulması dünya iqtisadiyyatına əsaslı təsir göstərə bilər. Bu təsirlərin müsbət və mənfi olacağı isə mübahisəli məsələdir.

Həmçinin oxu: ABŞ tarifləri iqtisadiyyata mənfi təsir göstərir: - ARAŞDIRMA

Tamara Mustafayeva, Banco.az