Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatına 159 milyon manat xərclənib.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon manat və yaxud 10,2 % azdır.
Məlumata görə, hesabat dövründə mənzil və kommunal təsərrüfatı xərclərinin 57,3 %-i icra edilib.