ABŞ iqtisadiyyatı 3.5% artım göstərib – Proqnozları üstələyib | Banco.az

ABŞ iqtisadiyyatı 3.5% artım göstərib – Proqnozları üstələyib

ABŞ iqtisadiyyatı 3 – cü rübdə 3.5% iqtisadi artım göstərib.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ iqtisadiyyatının 3 – cü rüb üzrə inkişaf göstəriciləri proqnozları üstələyib. Ticarət nazirliyinin məlumatına görə, iqtisadiyyat İyul-Sentyabr ayları ərzində 3.5% inkişaf edib.

Həmçinin oxu: Tramp dövrü - Amerika iqtisadiyyatının çiçəklənməsi

Ən sərfəli kredit üçün müraciət et

Proqnozlaşdırılan göstərici isə 3.3% idi. Qeyd edək ki, iqtisadiyyat 2-ci rübdə 4.2% artım göstərmişdi.

İqtisadiyyatın təqribən 70% - ni əhatə edən istehlakçı xərcləri isə 4% ilə son 4 ilin ən yaxşı göstəricisinə nail olub. ÜDM Qiymət İndeksi sözügedən dövrdə 1.7% artıb, əsas Fərdi İstehlak Xərcləri üzrə Qiymət İndeksi isə 1.6% artaraq 1.8% olan proqnozlaşdırılmış göstəricini və FED – in 2% - lik hədəfini qarşılaya bilməyib.

Tamara Mustafayeva, Banco.az