Dünya bazarlarında neftin qiyməti cüzi bahalaşıb | Banco.az

Dünya bazarlarında neftin qiyməti cüzi bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti cüzi bahalaşıb.

Banco.az xəbər verir ki, Çinin zəif iqtisadi bərpası Beynəlxalq Enerji Agentliyinin (BEA) artım proqnozunu və ABŞ-dan gələn müsbət göstəriciləri kölgədə qoyması ilə neftdə stabillik müşahidə olunur.

Çərşənbə axşamı gününu 0,4% bahalaşma ilə başa vuran ABŞ xam nefti hazırda bir barelə görə 71 dollar səviyyələrində ticarət edilir.

Brent markalı neftin bir bareli isə 74,94 dollara satılır.

Xatırladaq ki, Çinin gözləniləndən daha zəif templə bərpası, FED-in aqressiv monetar sərtləşdirmə kampaniyası və ABŞ-ın borc limiti ilə bağlı son narahatlıqlar proqnozlara təsir göstərdiyi üçün xam neft ilin əvvəlindən bəri təxminən 12 faiz ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et