Dünya bazarlarında neft bahalaşıb | Banco.az

Dünya bazarlarında neft bahalaşıb

Neftin qiymətləri cümə günü ardıcıl üçüncü sessiyada bahalaşıb.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 80,07 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,2 dollar (0,25%) çoxdur.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu dəfə 0,24 dollar (0,32%) artaraq bir barelə görə 75,79 dollar təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram