Neft qiymətləri cümə axşamı səhəri ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması xəbərindən sonra ucuzlaşır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında avqust ayı üçün Brent markalı neftin fyuçersləri 1,79 dollar (2,25%) ucuzlaşaraq bir barel üçün 77,76 dollara düşüb. Çərşənbə günü isə Brent markalı neftin qiyməti 0,59 dollar (0,75%) artaraq bir barel üçün 79,55 dollara çatıb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində iyul ayı üçün WTI fyuçerslərinin qiyməti 1,99 dollar (2,59%) azalaraq bir barel üçün 74,80 dollara düşüb. Əvvəlki sessiyada müqavilə 0,74 dollar (0,97%) artaraq bir barel üçün 76,79 dollara düşüb.
