Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,79 dollar yaxud 2,15% ucuzlaşaraq 35,97 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 0,80 dollar və ya 2,20% ucuzlaşaraq 36,42 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 37 dollar/barel olacağı gözlənilir.