Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Neftin qiymətləri ötən həftənin enişindən sonra bazar ertəsi günü bahalaşır.

Banco.az xəbər verir ki, treyderlər ABŞ-ın ticarət tərəfdaşları ilə tarif danışıqlarının gedişi ilə bağlı hesabatları izləyir və Çində yeni stimul xəbərlərini qiymətləndirirlər.

Londonun ICE Futures birjasında Brent markalı iyun fyuçerslərinin qiyməti 0,23 dollar (0,34%) bahalaşaraq 67,10 dollar/barelə çatıb. Cümə günü Brent 0,32 dollar (0,48%) bahalaşaraq 66,87 dollar/barelə çatıb.

Bu vaxta qədər WTI markalı neftin iyun fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,28 dollar (0,44%) bahalaşaraq 63,30 dollar/barelə çatıb. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,23 dollar (0,37%) artaraq 63,02 dollar olub.