Dünya Bankından xəbərdarlıq - Pandemiyanın iqtisadiyyata uzunmüddətli zərərləri olacaq | Banco.az

Dünya Bankından xəbərdarlıq - Pandemiyanın iqtisadiyyata uzunmüddətli zərərləri olacaq

Tamara Mustafayeva, Banco.az

Dünya Bankı yeni növ koronavirus (Covid-19) pandemiyasının uzun vədədə inkişaf etməkdə olan ölkələrdə daimi zərərlərə səbəb olacağını və potensial istehsalla əmək məhsuldarlığını azalda biləcəyini bildirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Dünya Bankı Qlobal İqtisadi Proqnozlar Hesabatının analitik hissələrini yayımlayıb.

Hesabatda Covid-19 pandemiyasının dünya iqtisadiyyatına ciddi zərbə endirdiyi vurğulanıb.

"İnsanların sağlamlığını qorumaq üçün görülən lazımi tədbirlər inkişaf etmiş və etməkdə olan ölkə iqtisadiyyatlarında əsaslı geriləməyə səbəb olaraq hazırda zəif olan qlobal iqtisadiyyata zərər verdi", deyə hesabatda qeyd edilib.

Səhiyyə sistemi zəif olan, iqtisadiyyatları qlobal ticarət, turizm və əmtəə istehsalına əsaslanan inkişaf etməkdə olan ölkələrin xüsusilə çətinlik yaşayacağına diqqət çəkilən hesabatda enerji istehsalı ilə məşğul olan ölkələrin isə əlavə olaraq neft gəlirlərindəki azalma ilə maliyyə vəziyyətlərinin pisləşdiyi bildirilib.

"İstehsal və məhsuldarlıq azalacaq"

Hesabatda, "Pandemiya uzun vədədə inkişaf etməkdə olan ölkələrdə investisiya qoyuluşunun azalması, təhsil və iş itkisi səbəbilə fiziki və bəşəri sərmayənin eroziyası, qlobal ticarət və tədarük zəncirinin azalmasına gətirib çıxararaq daimi ziyana səbəb olacaq. Bununla da, gələcəkdə potensial istehsal və əmək məhsuldarlığı azalacaq" ifadələrinə yer verilib.

Ən sərfəli kredit üçün müraciət et

Təcili siyasi strategiyaların səhiyyə sistemini dəstəkləməsi, pandemiyanın iqtisadi fəaliyyət və məşğulluq üzərindəki qısa vədəli təsirinin yumşaldılmasının zəruriliyi vurğulanan hesabatda pandemiyanın uzun vədəli inkişaf proqnozlarına mənfi təsirlərinin azaldılması üçün müfəssəl islahat tədbirlərinə ehtiyac olduğu qeyd edilib.

Həmçinin oxu: Pandemiya dövründə alıcıların 20 faizi marketini dəyişdirdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et