Tamara Mustafayeva, Banco.az
Koronavirus pandemiyası dövründə istehlakçı vərdişlərinin dəyişməsi danılmaz reallıqdır.
Banco.az xarici mətbuata istinadla McKinsey & Company adlı beynəlxalq konsaltinq şirkətinin bu yaxınlarda həyata keçirdiyi araşdırmanın nəticələrini təqdim edir.
Sözügedən araşdırmaya görə, pandemiya dövründə hər beş alıcıdan biri ən çox alış-veriş etdiyi marketə getməyi dayandırıb başqa bir marketə müraciət edib. Hətta bu şəxslərin 37 faizi pandemiyadan sonra da yeni marketdən alış-verişi davam etdirəcəklərini düşünürlər.
İnsanların ən çox getdikləri marketlərdən alış-veriş etməyi dayandırmalarının əsas səbəbləri piştaxtalarda lazımi məhsulların tükənməsi və daha yaxşı onlayn seçimlərin olmasıdır. Digər bir amil isə insanların evlərinə və ya iş yerlərinə daha yaxın olan marketlərə getməyə üstünlük vermələri olub.
McKinsey Amerikada koronavirus pandemiyasından əvvəl market alış-verişinin təqribən 3 faizinin onlayn həyata keçirildiyini bildirir. Pandemiya dövründə isə bu göstərici 8-10 faizə yüksəlib. Şirkət evdən çıxma qadağalarının götürülməsindən sonra bu göstəricinin aşağı düşməsini proqnozlaşdırsa da, yenə də pandemiyadan əvvəlki dövrlə müqayisədə yüksək olacağı istisna edilmir.
Həmçinin oxu: Dünyanın ən böyük supermarketlər şəbəkəsindən biri pandemiya dövrünü necə keçirir
Bizi sosial şəbəkələrdən izləyin!!