Əhalinin ərzaq xərcləri 20 milyard manata yaxınlaşıb | Banco.az

Əhalinin ərzaq xərcləri 20 milyard manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi 2026-cı ilin yanvar-iyul aylarında ərzaq məhsullarına 19 milyard 172.2 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur. 

Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 533,6 manatlıq, o cümlədən 290,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 243,6 manatlıq qeyri-ərzaq malları alıb.   

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram