Müəllif:Ayşən İmanova/Banco.az
Dünya Bankı (DB) 2022-ci ilin fevral ayından sosial və humanitar xərclər üçün Ukrayna tərəfinə 40 milyard dollardan çox vəsait ayırıb.
Banco.az xəbər verir ki, bu barədə Ukrayna icra hakimiyyətlərinin vahid internet portalında bildirilib.
Ukraynanın maliyyə naziri Sergey Marçenko bundan əvvəl Kiyevə səfəri zamanı Dünya Bankının əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde və Bankın Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.
Tərəflər Ukrayna ilə bank arasında min gün ərzində xüsusi əməliyyatın nəticələrini, 2025-ci il üçün planları, həmçinin “islahat matrisi” aləti çərçivəsində Ukrayna hökuməti ilə Dünya Bankının birgə işini müzakirə ediblər.
Qeyd olunub ki, 2022-ci ilin fevral ayından DB proqram və alətləri işə salıb və bunun sayəsində Ukraynanın ehtiyacları üçün 40 milyard dollardan çox vəsait cəlb edib. Bu vəsaitlər Ukraynanın dövlət büdcəsinin sosial və humanitar xərclərini qismən maliyyələşdirməyə imkan verib.