Dünya Bankı neftin qiymət proqnozunu aşağı salıb | Banco.az

Dünya Bankı neftin qiymət proqnozunu aşağı salıb

Dünya Bankı (DB) 2019-2020-ci illərdə neftin bir barelinin orta qiyməti ilə bağlı proqnozunu 2 dollar aşağı salaraq 67 dollar səviyyəsində müəyyən edib.

Bu barədə bankın yanvar ayı ərzində dünya iqtisadiyyatının perspektivlərinə dair müvafiq hesabatında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

"2019-2020-ci illərdə neftin bir barelinin qiyməti 67 dollar səviyyəsində gözlənilir ki, bu da iyun ayında proqnozlaşdırılandan 2 dollar aşağıdır", - deyə hesabatda qeyd olunub.

Eyni zamanda bildirilir ki, proqnozun qeyri-müəyyənliyi "çox yüksəkdir".

Report.az