Dövlətlər devalvasiyanı necə həyata keçirirlər? | Banco.az

Dövlətlər devalvasiyanı necə həyata keçirirlər?

Ölkə hökumətləri devalvasiyanı o zaman çıxış yolu kimi görür ki, artıq iqtisadi səhvləri başqa heç bir yolla düzəltmək mümkün olmur. Bu yanlışlıqların hakimiyyətdə olan hökumət və ya onların sələfləri tərəfindən törədilməsi elə də böyük əhəmiyyət daşımır.

Devalvasiyanın zərərləri ən az onun mənfəətləri qədərdir.

Düzdür, milli valyutanın dəyərdən düşməsi ixrac tempini gücləndirir və idxalatı tempdən salır. Təbii ki, bunların hamısı müəyyən məhdud zaman kəsiyində baş verir. Lakin bu müvəqqəti relyef, devalvasiya inflyasiyaya yol açan kimi eroziyaya uğrayır.

Uğursuz, ticari defisit belə hökuməti devalvasiyaya əl atmağa məcbur edə bilər.

Bəzi ekstrimal hallarda, məs: hökumət iqtisadi çətinlikdən doğan bazar siqnallarına cavab vermək istəmədikdə, valyutanın dəyərdən düşməsi reallaşa bilər.

Yerli və xarici səhmdarlar dövlətdən xarici valyutanı o vaxta kimi satın alır ki, artıq dövlətin ehtiyyatları tükənir və hətta zəruri ərzaq məhsullarını da idxal etməyə büdcə vəsaitləri imkan vermir.

Belə olduqda, hökumətin devalvasiyadan başqa çarəsi olmur və o möhtəkirlərə baha satdığı xarici valyutanı ucuz qiymətə geri alır.

Ümumiyyətlə, iki məşhur məzənnə sistemi var: Üzən və sabit. (the floating and the fixed)

Üzən sistemdə, milli valyutanın bazarda əcnəbi valyutalara qarşı, maneəsiz olaraq dövriyyəsinə icazə verilir. Bu halda onun kursu, xarici valyutanın sıxışdırıldığı bazar qüvvələri tərəfindən müəyyənləşdirilir.

Ən sərfəli kredit üçün müraciət et

“Üzən” dərəcələr (Floating rates)  ticari şərtlərin pozuntusu hallarına qarşı müdafiə barieri hesab olunur.

Ixrac qiymətləri düşdükdə və ya idxal qiymətləri qalxdıqda, məzənnə göstəricisi artıq özünü valyutanın yeni axınına uyğunlaşdırmağa başlayır. Nəticədə devalvasiya tarazlığı bərpa edir.

“Üzən” dərəcələr "Isti" (spekulyativ) ("hot" (speculative)) xarici kapitaldan qorunmaqda əla vasitədirlər. Çünki belə kapital qəfil olaraq öldürür və tez bir zamanda yoxa çıxırlar. Valyutanı əldə edən kimi, spekulyatorlar məzənnə dərəcələrinə uyğunlaşdıqlarına görə çox baha qiymətə ödəyirlər. Əksinə, əgər onlar daha çox mənfəət əldə etmək istəsələr, daha böyük məzənnə dərəcələri ilə cəzalandırılırlar.

Belə ki, üzən dərəcələr ixrac qiymətləri yüksək olan və spekulyativ kapital axını olan dövlətlər üçün ideal şansdır. Bu inkişaf etməkdə olan iqtisadiyyatların (həmçinin üçüncü dünya kimi tanınan) ən səciyyəvi xüsusiyətidir.

Heç bir başqa vasitə sabit dərəclər kimi (ardıcıl və düzgün iqtisadi siyasət ilə birləşdikdə) inflyasiya gözləntilərinin qarşısını ala bilməz. Sabit dərəclərin tətbiqinin nəticəsi olaraq yaranan stabillik və düzgün proqnozlaşdırmanın əhəmiyyətini qiymətləndirmək mümkün deyil: investorlar, biznesmenlər və tacirlər özlərini barierlərdən qoruyur və fikirlərini uzun müddətli və uzun müddətli artım üzərində cəmləyirlər.

Valyuta - bugün üçün ciddi nəticələri və təsiri olan, keçmiş və gələcəkdən qaynaqlanan unikal paketdir.

Ən sərfəli krediti almaq üçün müraciət et