Dövlət xətti ilə ipoteka krediti alanların sayı 25 minə çatdı | Banco.az

Dövlət xətti ilə ipoteka krediti alanların sayı 25 minə çatdı

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətdə olduğu 2006-2018-ci illər ərzində dövlət xətti ilə 1,2 mlrd. manat ipoteka krediti verilib.

Fondun məlumatına görə, bu illərdə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 000-ə çatıb.

Təkcə bu ilin yanvar-noyabr aylarında İKZF-nin müvəkkil bankları 241,7 mln manatlıq 3 528 ipoteka krediti (172,46 mln. manatlıq 2 428 adi kredit, 69,24 mln. manatlıq 1 100 güzəşli kredit) verib. Halbuki, ötən ilin eyni dövründə 172,7 mln. manatlıq 2 687 kredit rəsmiləşdirilib. Yəni kreditlərin ümumi məbləğində 40%, borcalanların sayında isə 31,3% artım var.

Ən sərfəli kredit üçün müraciət et

Bu il ipoteka kreditləri vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin satışı da dəstəklənib. Artıq 217 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 mln. manatlıq güzəştli və 450 min manatlıq adi kredit verilib. 

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et