Dövlət şirkəti yerli və xarici banklardan borc almağı düşünür | Banco.az

Dövlət şirkəti yerli və xarici banklardan borc almağı düşünür

“Aparılan kəşfiyyat işləri nəticəsində “AzerGold”-un əlvan metal ehtiyatları beynəlxalq standarta əsasən 20 dəfədən çox artırılıb”.

Bunu “AzerGold” QSC-də 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

“Yəni qazma işlərinin nəticəsi müsbətdir, ehtiyatlarımız 20 dəfədən çox artırılıb. Həmin ehtiyatların hasil edilərək ixrac edilməsi ölkə iqtisadiyyatına milyardlarla manat vəsaitin daxil olması deməkdir. İri layihələrin icrası maliyyə vəsaiti tələb edir ki, biz bu məqsədlə həm yerli, həm də beynəlxalq maliyyə institutlarından maliyyənin cəlb edilməsini düşünürük. Eyni zamanda, Şirkətin ilkin 2 milyon manatlıq nizamnamə kapitalı 37 milyon manata çatdırılıb”, Şirkətin sədri deyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda “AzerGold” Daşkəsəndə “Çovdar” yatağında qızıl və gümüş hasilatı ilə məşğuldur. Şirkət 2021-ci ildə Daşəsəndəki “Ağıyoxuş”və “Mərəh”, Göygöldəki  “Tulalar” sahələrində, 2025-ci ildə isə Balakəndəki “Filizçay” sahəsində hasilata başlamağı planlaşdırır.

Dövlətə məxsus  "AzerGold" son 3 ildə qızıl və gümüş satışından 400 milyon manata yaxın gəlir əldə edib. Bu illər ərzində dövlət büdcəsinə 30,6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et