Müəllif:Mehin Qasımova/Banco.az
ABŞ –ın keçmiş prezident Donald Trampın həyatı böyük ekrana gətirilir.
Banco.az xəbər verir ki, Trampı canlandıracaq şəxs tanınmış amerikalı aktyor Sebastyan Sten olacaq.
“Çıraq” adlanacaq filmi Kann mükafatlı iranlı rejissor Əli Abbasi idarə edəcək.
Məlumata görə, filmin aktyor heyətində HBO kanalının Succession serialında rol almış Emmi və Qızıl Qlobus mükafatçıları Ceremi Stronq və Oskar mükafatına namizəd Mariya Bakalova yer alacaq.
Sözügedən layihə Trampın 70-80-ci illərdə Nyu-Yorkda daşınmaz əmlak imperiyası qurmaq macərasından və vəkil Roy Konla münasibətindən bəhs edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!