Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə yüksəlişlə başlayıb.
Dünən 8,54 səviyyəsinə yüksəlməklə növbəti tarixi rekorda imza atan məzənnə gecə saatlarında sərt hərəkətliliklə 8,39 səviyyəsinə geriləyib.
Məzənnə yeni günə yenidən yüksələrək 8,43 səviyyəsində başlayıb. Bakı vaxtı ilə 10:20-də 8,51 səviyyəsində icra edilib.
Qeyd edək ki, bu sərt yüksəlişdə Donald Trampın "seçkiləri oğurlayırlar" tvitinin təsiri böyükdür.
Bizi sosial şəbəkələrdən izləyin!!