Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə yüksələrək başlayıb.

Dollar sərmayəçilərin ABŞ-da koronavirus xəstələrinin sayının artmasının iqtisadiyyata mənfi təsirləri ilə bağlı narahatlıqlarının daha da çoxalması və maliyyə yardımı paketi ilə bağlı Konqresdə hələ də razılıq əldə edilməməsi səbəbilə iki ilin ən aşağı səviyyəsinə geriləyib. 

Dollara qarşı təzyiq FED-in dünənki faiz qərarında pul siyasətini daha da yumşaltmağa doğru meyllərin fonunda davam edib və dollar indeksi 2018-ci ilin ortalarından bəri ən aşağı səviyyəsinə - 93.344-ə geriləyib.

Dolların qlobal miqyasda dəyər itkisi yaşamasına baxmayaraq, türk lirəsi də pozitiv hərəkətlilik göstərə bilmir. Bu gün səhər saatlarında lirə 6.9790 səviyyəsində icra edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et