Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi kritik həftəyə yüksəlişlə başlayıb.

Ötən həftə 8.35-8.40 səviyyələri aralığında dalğalı hərəkət dinamikasının müşahidə edildiyi məzənnə həftənin sonuncu iş gününü 8.64 səviyyəsində başa vurmuşdu. Yeni həftəyə 8.67 səviyyəsində başlayan məzənnə daha sonra bir qədər geriləyib.

Hazırda Dollar/TL məzənnəsi 8.64 səviyyəsində icra edilir. 

Qeyd edək ki, bu həftə birjaların əsas diqqət mərkəzində 23 sentyabrda Türkiyə Respublikası Mərkəzi Bankının Pul Siyasəti Komitəsi tərəfindən açıqlanacaq faiz qərarı var. Mərkəzi Bankın sədri Şahap Kavcıoğlunun axırıncı çıxışı zamanı nüvə inflyasiyasına diqqət çəkməsi komitənin iclasına marağı daha da artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et