Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.
Məzənnə ötən həftə müşahidə edilən dalğalı dinamikadan sonra yeni iş həftəsinə 8.68 səviyyələrində başlamış, axşam saatlarında isə 8.61-ə geriləmişdi.
Hazırda Dollar/TL məzənnəsi 8.62 səviyyəsində icra edilir.
Qeyd edək ki, bu gün Türkiyədə yerli birjalara təsir göstərəcək mühüm gündəm mövzusu yoxdur. Dünyada isə vaksinasiya prosesinin sürətləndirilməsi fonunda pandemiyadan sonra ölkə iqtisadiyyatlarının əvvəlki vəziyyətinə qayıtma mərhələləri izlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!