Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə yüksələrək başlayıb.
Yeni iş həftəsinə 8.56 səviyyəsində başlayan, daha sonra isə 8.58 səviyyəsinədək yüksələn məzənnə ilk rüb üzrə iqtisadi artım göstəricilərinin açıqlanmasından sonra geriləyib.
Qeyd edək ki, Türk Lirəsi Türkiyədə ilk rüb üzrə iqtisadi artım göstəricilərinin proqnozları üstələməsindən sonra dollara qarşı ən çox dəyər qazanan inkişaf etməkdə olan ölkə valyutası olub.
Hazırda Dollar/TL məzənnəsi 8.49 səviyyəsində icra edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!