Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.
Dünən 8.48 səviyyələrinə qədər yüksələn məzənnə daha sonra geriləyərək stabilliyini saxlayıb. Türk Lirəsi ötən həftə inkişaf etməkdə olan ölkə valyutaları içərisində ən zəif dinamikaya sahib ikinci valyuta olsa da, yeni həftənin ilk günündən bəri ən yaxşı dinamikaya sahib valyuta olub.
Yeni iş həftəsinə 8.39 səviyyəsində başlayan, daha sonra 8.48 səviyyəsinə yüksəldikdən sonra kəskin geriləyərək 8.28 səviyyəsinə enən Dollar/TL məzənnəsi yeni günə də təqribən eyni səviyyələrdə başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!