Dolların məzənnəsi rekord həddə yüksəlib | Banco.az

Dolların məzənnəsi rekord həddə yüksəlib

Türkiyədə ABŞ dollarının məzənnəsi 3,12 lirə həddini keçərək növbəti tarixi maksimuma yüksəlib. 

Buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsinin artıracağı ilə bağlı gözləntilərlə əlaqələndirilir. Belə ki, fyuçers kontraktlarına əsasən, dekabrda uçot dərəcəsinin artırılması ehtimalı 72,5% təşkil edir. Türk lirəsinin ucuzlaşmasına digər səbəblər arasında isə daxili siyasət və geosiyasi proseslər yer alıb. 

"KapitalFX" broker şirkətinin araşdırmaçısı Ənvər Ərkan hesab edir ki, qısa müddət ərzində dollar 3,10 TRY/USD səviyyəsindən yuxarı olacaq, sonradan onun qismən azalması və ya daha da artması mümkündür: "Lakin məzənnənin yenidən dayanıqlı şəkildə 3,03-3,05 TRY/USD diapazonuna enməsi mümkün olmayacaq". 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, son günlərdə əsas idxal tərəfdaşlarımızdan olan Çin də milli valyutası - yuanın ucuzlaşdırılmasını sürətləndirib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et