Dolların beynəlxalq hesablaşmalarda payı rekord həddə yüksəlib | Banco.az

Dolların beynəlxalq hesablaşmalarda payı rekord həddə yüksəlib

Müəllif: Gülnar Əhmədli, Banco.az

SWIFT-in "RMB Tracker" aylıq hesabatına əsasən, ABŞ dollarının SWIFT banklararası sistemi çərçivəsində beynəlxalq hesablaşmalarda payı iyulda rekord həddə -  46,5%-ə yüksəlib.

Banco.az xəbər verir ki, 10 il əvvəl dollar hesablaşmaların ümumi həcminin üçdə birindən bir qədər çoxunu təşkil edirdi.

Hesabata görə, ikinci yeri 24,4%-lə avro, üçüncü yeri 7,6%-lə funt sterlinq, dördüncü yeri 3,5%-lə yen, beşinci yeri isə 3,1%-lə yuan tutub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram