Devalvasiya prosesindən sonra əksər banklar kreditləri və hətta bəziləri taksit kartlarını ABŞ dolları ilə verdiyindən, bu əksər müştəriləri razı salmır.
Ölkəmizdəki mağazalarda alış-satış manatla olduğu üçün müştərilər dollar valyutasında olan taksit kartından istifadə etməkdə ehtiyat edirlər. Baxmayaraq ki, banklar ABŞ dollarının vəziyyətinin indiki kimi stabil qalacağı təqdirdə, nağdsız alış-verişlərdə müştərilərin itkilərinin olmayacağını deyirlər. Kredit xətti USD ilə olan kart sahibləri alış-veriş edərkən, mağaza və dükanlarda ödəniş manatla olduğu üçün, vəsait onların balanslarından manatın dollara məzənnəsindən ( Mərkəzi Bankın həmin günə olan məzənnəsinə uyğun) asılı olaraq çıxılır.
Ölkə daxilindən fərqli olaraq, xarici ölkələrdə ABŞ dollarında olan taksit və kredit kartları sərfəlidir. USD ilə maliyyələşdirilən Unibank-ın Albalı Plus xaricə səfərə hazırlaşanlar üçün gözəl seçim ola bilər. Yeni müştərilərinə bir müddətdir ki Albalı Plus kartlarını yalnız dollar valyutasında verən Unibank, ABŞ valyutasında verilən kredit kartları üçün daha böyük imkanlar yaradıb.
Manat hesablı kartlardan fərqli olaraq, dollarda verilən Albalı Plus kartlarından nağdlaşdırmaya limit qoyulmayıb. Unibank-dan Banco.az portalına bildiriblər ki, “Albalı Plus kartı USD valyutasında ayrıldığı üçün kredit xətti də USD-də olur. USD valyutasında olan Albalı Plus kartından dollarda nağdlaşdırmaya limit yoxdur. Yəni kart sahibi kartda dollarda olan bütün məbləği nağdlaşdıra bilər. Əgər müştəri kartdakı vəsaitini bankomatdan manatda nağdlaşdırmaq istəyirsə, o zaman Mərkəzi Bankın cari kursuna əsasən konvertasiya olunur. Ödəniş isə kartın valyutasına uyğun olaraq dollarda aparılacaq”..