Devalvasiya nə hökumət, nə də Mərkəzi Bankın istəyi ilə olmayıb | Banco.az

Devalvasiya nə hökumət, nə də Mərkəzi Bankın istəyi ilə olmayıb

Atabankın Risk Menecmenti Departamentinin direktoru, Elman Sadiqov bugünlərdə, əsasən sosial şəbəkələr vasitəsilə yayılan bəzi fikirlərə öz mövqeyini bildirib.

Devalvasiyadan sonra spekulyativ xarakterli fikirlər, banklar haqqında bir çox haqsız iddialar, qarayaxmalar, bankların hansısa iddialara cavab verməkdə guya aciz qalmasını davamlı olaraq yazıb insanları çaşdıranlara bəzi məqamları bir daha xatırlatmaq istəyirəm. 

Devalvasiya qaçılmaz idi və dünyanın ən bahalı valyutasına sahib olmağın iqtisadiyyat üçün xeyirdən çox zərəri var. Devalvasiya bir çox insanlar üçün zərərlə nəticələndi. Xüsusilə xarici valyutada kredit götürənlər üçün. Amma devalvasiya ən çox banklara zərər vurub. Buna görə də bankları günahlandırmaq düzgün deyil. Devalvasiya nə hökumət, nə də Mərkəzi Bankın istəyi ilə olmayıb. Devalvasiya xüsusilə qonşu ölkələrdə baş verən iqtisadi böhranların, həmin ölkələrin valyutalarının dəyərdən düşməsinin məntiqi nəticəsi idi. Bu hadisələrdən sonra manatın bu qədər bahalı qalması iqtisadiyyat üçün çox təhlükəli və dağıdıcı amilə çevrilmişdi.

Həmçinin digər məsələni vurğulamaq lazımdır. Məlum iqtisadi dəyişiklikdən sonra bəzi ekspertlər, xarici valyutada götürülən kreditlərin köhnə kursla qaytarılmasını iddia edirdilər. Sadəcə bir müqayisə: Dünyanın hansısa ölkəsində, məsələn ABŞ-da, Yaponiyada Avro ilə kredit götürən vətəndaşın Avronun kursu artdıqda krediti köhnə kursla ödəməsi ilə bağlı bir iddia yəqin ki, eşitməmisiniz. Dünyanın heç bir yerində belə bir iddia olmayıb, Ölkəmizdə hətta işi ciddiləşdirilərək, Konstitusiya Məhkəməsinə qədər çıxarılmışdı. 

Xarici valyutada kredit götürən vətəndaşlar zərərə uğrayıb, bu belədir.  Amma, xarici valyutada depoziti olanlar da Azərbaycan vətəndaşlarının qazanmasını da unutmayaq.. Əgər kreditlər köhnə kursla qaytarılmalıdır deyilirsə, o zaman depozitlər də əhaliyə köhnə kursla qaytarılacaq? Bu haqda heç kim danışmır? Əgər söhbət təkcə kreditlərdən gedirsə o zaman təkcə kreditlərin köhnə kursla qaytarılmasını iddia edənlər yanılır. Bank sektorunda yaranan ciddi problem heç kimin xeyrinə olmaz: nə iqtisadiyyatın, nə əhalinin, nə də hökumətin.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin 22-28 fevral tarixlərində (kursun qalxmasından sonrakı günlərdə bəzi espertlər  əhaliyə dolların kursunun necə olacağı ilə bağı səhv və aldadıcı proqnozlar verdilər. Xüsusilə çoxları 1 dolların 0.90 qəpik olacağını təkidlə iddia edirdi. Nəticədə nə qədər insan zərər çəkdi. Bu səbəbdən də fərziyyə irəli sürərkən diqqətli olmaq vacibdir.

Hətta bəzi hüquqşünaslar, xarici valyutada kreditlərin verilməsinin qanunsuz olduğunu iddia edirdilər. Dünyanın 1-2 totalitar, qapalı ölkəsindən başqa hər hansı bir ölkəsində xarici valyutada kreditlərin verilməsi qadağan deyil! Bu qadağa təbii ki, müasir dövrdə heç bir iqtisadi qanunauyğunluqla da ayaqlaşa bilməz.  Bu kimi məsələlər qadağalar, administrativ metodlarla deyil, iqtisadiyyatın təməl nöqtələrindən biri olan tələb-təkliflə tənzimlənir. 

Banklar insanlara güzəşt etməsi ilə bağlı şübhəli fikirlər də az olmadı. Banklar öz-özlərinin düşmənləri deyillər. Bankın vəziyyəti müştərilərinin vəziyyətlərindən birbaşa asılıdır.  Düzgün strategiya yeridən heç bir  bank müştərisini çətin vəziyyətə salmaz, əksinə onu çətin vəziyyətdən çıxartmaqla öz vəziyyətini də yaxşılaşdırmış olar. Düşünürəm ki, yanlış fikirlərlə insanlarla banklar arasında uçurum yaratmaq heç də düzgün olmazdı. Çünki, İnsanlar bankla dialoq qurmaq əvəzinə vəkillərə müraciət edirlər. Nəticədə yenə də bank müştəriləri həm mənəvi, həm də maddi zərərə uğramış olurlar.

Ən sərfəli krediti almaq üçün müraciət et